![Putinin reytinqi şok etdi Putinin reytinqi şok etdi](https://azertimes.az/wp-content/uploads/putinin-reytinqi-sok-etdi-300x170.jpg)
![](https://azertimes.az/wp-content/uploads/putinin-reytinqi-sok-etdi.jpg)
Rusiya lideri Vladimir Putinin reytinqi açıqlanıb.
AzerTimes xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğuya görə, Putini rusiyalıların 73,3%-nin dəstəklədiyi üzə çıxıb.
Baş nazir Mixail Mişustin 59,5%, Kommunist Partiyasının lideri Gennadi Züqanov isə 31,4% səs toplayıb.
Bununla yanaşı, respondentlərin 48,9%-i Rusiya hökumətinin, 50,4%-i isə baş nazirin fəaliyyətini bəyəndiyini açıqlayıb.
Qeyd edilir ki, sorğu 14-20 avqustda 1,6 min rusiyalı arasında telefonla aparılıb.
Sorğuda Putinin reytinqinin hazırkı müharibə şəraitinə və gərginliyə baxmayaraq, yüksək olması diqqət çəkib.