Rusiya Prezidenti Vladimir Putinin, xüsusən də Ukraynanın dörd regionunun təhvil verilməsini nəzərdə tutan “sülh planı” həyata keçirilsə, Ukrayna sağ qala bilməyəcək.
AzerTimes xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.
Şoltsun sözlərinə görə, Putin müharibə və yenidən silahlanmaya arxalanmaqda davam edir:
“Bu, ən aydın şəkildə onun guya atəşkəs təklifində əks olunub. Onun tərkibində nə olduğuna baxmağa dəyər. Təkcə atəşi dayandırmaq deyil, həm də işğal olunmamış ərazilərdən də imtina etmək. Ukraynadan həmçinin demilitarizasiya və gələcək hərbi yardımdan imtina etmək tələb olunur. Ukraynanın bundan sağ çıxacağına və Avropada davamlı sülhün bərqərar olacağına inanan hər kəs həddən artıq “Raşn Tudey”ə baxır”.