Putinin Pekinə səfəri Ukraynanı narahat etdi

Putinin Pekinə səfəri Ukraynanı narahat etdi

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri Ukrayna üçün müəyyən risklər daşıyır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.

O qeyd edib ki, Putinin istənilən səfəri onun yarada biləcəyi bütün risklərlə bağlı diqqətlə izlənilir:

“Bu isə təbii ki, bizim üçün müəyyən risklər daşıyır. Ona görə də Ukrayna sadəcə olaraq monitorinq aparmır, həm də müxtəlif ssenarilər hazırlayır”.

Xatırladaq ki, Vladimir Putin “Bir kəmər – bir yol” forumunda iştirak etmək üçün ötən gün Pekinə səfər edib.

Teqlər: