Ukraynadakı rus qoşunları çox çətin vəziyyətdədir. Rusiya prezidenti Vladimir Putinin strategiyası qoşunlarını ətçəkən maşından keçirməyə bənzəyir.
AzerTimes xəbər verir ki, bunu Britaniya müdafiə naziri Ben Uolles deyib.
Onun sözlərinə görə, bütün hallarda Rusiya məqsədlərinə çatmamış vəziyyətdədir:
“Rusiya əlbəttə ki, ölkəni işğal etmək iqtidarında deyil. Onlar getdikcə ayrı-seçkilik etmədən öldürməyə və məhv etməyə davam edə bilərlər, lakin bu, qələbə deyil. Putin bütün Ukraynanı işğal etmək, Kiyev və Odessanı ələ keçirmək istəyini dəyişməyib, amma onun ordusu faktiki olaraq böyük itkilərlə iflic vəziyyətinə düşüb. 25 mindən çox ölü. Bəlkə də iki dəfədən çox yaralı var”.