Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi olan və “nüvə çamadanı”nı daşıyan FSB polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
“Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində qan içərisində olub. Onun yanında “İj 79-9TM” markalı travmatik tapança aşkar edilib. FSB zabitini qardaşı tapıb.