

Kiyev sülhə hazır olduğunu nümayiş etdirən kimi Vaşinqton Ukrayna ilə təmasları bərpa etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
Dövlət katibi Rusiyanın danışıqlara cəlb edilməsinin vacibliyinə də işarə edib:
“Burada heç kim Vladimir Putinin Nobel Sülh Mükafatını qazanacağını iddia etmir. Onların müharibəni dayandırması üçün bir yol axtarmalıyıq. Bunun isə yeganə yolu rusları danışıqlara cəlb etməkdir”.