Rusiya Prezidenti Vladimir Putin İctimai Palatanın üzvləri ilə görüşü zamanı Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, müfti Albir Krqanovu “Əleykum əs-salam” sözləri ilə salamlayıb.
AzerTimes xəbər verir ki, görüş Kremlin Teleqram kanalında yayımlanıb.
“Hörmətli Vladimir Vladimiroviç, salam aleykum”, – deyə müfti dövlət başçısına müraciət edib.
Buna cavab olaraq, Putin mikrofonu götürərək din xadimini salamlayıb.
“Əleykum əs-salam”,- deyə prezident təbəssümlə bildirib.