Rusiyada dəyişiklik uğrunda mübarizə faydasızdır, başa düşmək lazımdır ki, heç bir müqavimət yoxdur və ola da bilməz.
AzerTimes xəbər verir ki, bunu rusiyalı jurnalist Kseniya Sobçak deyib.
Sobçak bildirib ki, minlərlə rus müharibəyə etiraz etdiyinə görə həbs edilib:
“Yüzlərlə jurnalist mühacirətdədir, müxalifət liderləri illərlə həbsdədir, lakin bütün bunlar Vladimir Putinin Ukraynaya təcavüzünü davam etdirmək əzmində dayanmayıb. Liberal ruslar Putinin müharibəsi ilə barışmağın yollarını tapmalıdırlar, çünki bu barədə heç nə edə bilməzlər”.