Rusiya Prezidenti Vladimir Putinin Monqolustanda hörmətlə qarşılanması Qərbə siqnal deyil. Ölkələrimiz ikitərəfli münasibətləri inkişaf etdirmək vəzifəsini yerinə yetirirlər.
AzerTimes xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Heç kimin – nə Moskvanın və Ulan-Batorun Qərb ölkələrinə nəsə göstərmək vəzifəsi yoxdur. Biz ən yaxın qonşu ölkələrik və ikitərəfli münasibətlərimizi inkişaf etdirmək vəzifəsini icra edirik”, – Peskov qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Monqolustanda rəsmi səfərdədir.