Rusiya Prezidenti Vladimir Putin mənə zəng etməyəcək, çünki müharibəni bitirmək niyyəti yoxdur.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfrasında deyib.
“Axı onun mobil telefonu yoxdur, necə zəng edəcək? Mən isə 1917-ci ilin teleqrafından istifadə etmirəm. Mənə zəng etməyəcək, müharibəni bitirmək istəmir. Bu gün bu, belədir”, – deyə dövlət başçısı jurnalistin sualını cavablandırarkən bildirib.