Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “San” nəşri məlumat yayıb.
Qeyd olunur ki, karvanın ilk avtomobili keçdikdən sonra təcili yardım avtomobili 2-ci maşının qarşısını kəsib. Bu zaman 2-ci maşın da manevr edərək yoldan çıxıb. Putinin olması lazım olan 3-cü avtomobilin isə ön tərəfdən sol təkəri partlayıb və maşın tüstüləməyə başlayıb.
Karvanın saxta olduğu və Putinin orada olmadığı bildirilib.
Sui-qəsdin nə zaman baş verdiyi açıqlanmayıb.