Putinin “kölgə donanması” üçün yol bağlanır

Putinin “kölgə donanması” üçün yol bağlanır

Rusiyanın kölgə neft donanmasının Baltikdən keçidi bağlana bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

“Qərbin sanksiyaları səbəbindən Rusiya müvafiq sığortası olmayan köhnə tankerlərdən istifadə edərək dəniz yolu ilə neft ixrac etməyə başladı. Hazırda dünyada sutka ərzində təxminən 1,5 milyon barrel neft nəql edən 1400-ə yaxın belə gəmi var. Onlar təmir edilmir, tez-tez qəzaya düşür. Baltik dənizindən çıxan bir çox tanker Almaniya və Danimarka sahilləri yaxınlığından keçir. Hər həftə Fin körfəzindən Şimal dənizinə doğru hər biri 100 min ton Rusiya nefti daşıyan 70-ə yaxın gəmi çıxır”, – nəşr bildirib.

Almaniya Bundestaqının İttifaq 90/Yaşıllar Partiyasından deputatı Hannes Damm nəşrə açıqlamasında vəziyyətin faciəvi hal aldığını deyib:

“Bircə tanker qəzası nəticəsində Baltik dənizi və çimərliklər çirklənsə, fəlakət olacaq”.

Danimarka xarici işlər naziri Lars Lyokke Rasmussen də ölkə rəhbərliyinin kifayət qədər təhlükəli neft tankerlərinin keçidinin qadağan edilməsi ehtimalına baxdığını və bunun üçün Baltikyanı regionun digər ölkələri ilə birgə işçi qrupu yaratdığını bildirib.

Teqlər: