İyulun 19-da İrana səfər edəcək Rusiya prezidenti Vladimir Putinin İran prezidenti İbrahim Rəisi və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.
AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Rusiya prezidenti beynəlxalq mövzuları müzakirə etmək niyyətindədir. Xüsusilə Ukrayna limanlarından taxıl ixracı ilə bağlı vəziyyət müzakirə olunacaq.
Raisi Putinlə nüvə sazişi mövzusunu danışacaq, həmçinin Tehranda Suriya üzrə Astana formatında danışıqlar aparılacaq. Üç ölkənin liderləri Suriyada terror ocağının aradan qaldırılması, eləcə də ölkəyə humanitar yardımın göstərilməsi mövzularını da qaldıracaqlar.
Danışıqlardan sonra üç ölkə liderinin birgə bəyanatı planlaşdırılır. Putin iyulun 20-nə keçən gecə Moskvaya qayıdacaq.