Putinin İran planı: Moskva fərqli mübarizəyə başlayır

Putinin İran planı: Moskva fərqli mübarizəyə başlayır

Rusiya İranın proksilərindən Qərblə qarşıdurma üçün istifadə etməyə və qərarların qəbulu prosesinə təsir etməyə çalışır.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Müharibələrin Öyrənilməsi İnstitutunun hesabatında bildirilib.

“Kreml Yəməndəki husilərə raketlər və digər hərbi avadanlıqlar verməyi planlaşdırırdı, amma diplomatik təzyiqlərdən sonra bu fikrindən əl çəkdi. Rusiyanın planına əsasən, İranla hərbi tərəfdaşlıq artmalıdır. Moskva böyük ehtimalla İranın marionetlərindən Qərblə qarşıdurma üçün istifadə etməyə və onlarla bağlı Qərbdə qərarların qəbul prosesinə təsir etməyə çalışır.

Ümumilikdə Rusiya Prezidenti Vladimir Putinin husilərin dəstəklənməsi imkanlarını yenidən nəzərdən keçirməyə hazırlığı Rusiya-İran hərbi əməkdaşlığının dərinləşməsinin tərkib hissəsidir”, – hesabatda qeyd olunub.

Teqlər: