Rusiya tərəfindən hərbi vəziyyət elan edilməsi Luqansk, Donbas, Zaporojye və Xerson vilayətlərinin sakinlərinin müqavimətini yatırmağa yönəlib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Bu, Rusiyanın Ukrayna ərazilərini ilhaq etmək cəhdlərinin uğursuzluğunu ört-basdır etmək üçündür”, – XİN-in bəyanatında qeyd olunub.
Qeyd edək ki, Prezident Vladimir Putin bu gün müvəqqəti işğal edilmiş 4 vilayətdə hərbi vəziyyətin elan olunmasına dair sərəncam verib.