Putinin hələ gücü var, hücuma keçəcək – Borrell

Putinin hələ gücü var, hücuma keçəcək – Borrell

Yaxın aylarda Rusiyanın yeni hərbi hücumunu proqnozlaşdırıram.

AzerTimes xəbər verir ki, bu barədə AB-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.

“Mən bu yay Ukraynadakı proseslərlə bağlı nikbin deyiləm”, – Borrell bildirib.

Onun fikrincə, Moskva Ukraynadakı müharibədə qalib gəlməyə çalışmadan danışıqlar masasına əyləşməyəcək:

“O (Putin – red.) bir dəfə cəhd etdi və uğursuz oldu. Rusiya ordusunun əhəmiyyətli itkilərinə baxmayaraq, Ukraynanı yenidən tutmağa çalışacaq. Onun hələ də gücü var, biz onu gözardı etməməliyik”.

Teqlər: