Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Sərhəd Xidməti qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri” Ruben Vardanyanı həbs edib.
AzerTimes xəbər verir ki, Kreml sözcüsü Dmitri Peskov isə Vardanyanı, Rusiya vətəndaşlığı olacağı halda, müdafiə edəcəklərini bildirib.
Xatırladaq ki, ötən ilin sentyabrında Vardanyan videomüraciət yayaraq, Rusiya vətəndaşlığından çıxdığını və Qarabağa gəlmək istədiyini bildirmişdi.
Ötən ilin dekabrın 22-də də Rusiya Prezidenti Vladimir Putin fərman imzalayaraq, Ruben Vardanyanı Rusiya vətəndaşlığından çıxarmışdı.
Bir sözlə, Ruben Vardanyan Rusiya vətəndaşı olmadığı üçün Kremlin onu müdafiə etmək hüququ yoxdur.