Qərb siyasətçiləri Rusiya Prezidenti Vladimir Putinin əhvalının nəzərəçarpacaq dərəcədə pozitivləşdiyini müşahidə ediblər.
AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın “Quardian” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, Rusiya liderinin nikbinliyinin artmasının səbəbi Vaşinqtonun Kiyevə bir neçə milyardlıq hərbi yardımının dayandırılması ilə əlaqədardır:
“Qərb rəsmiləri hesab edir ki, Rusiya prezidenti ABŞ-ın Ukraynaya daha 60 milyard dollarlıq hərbi yardım göstərməməsindən ruhlanıb, bir il əvvəllə müqayisədə daha optimistdir”.
Britaniyalı jurnalistlər onu da qeyd edirlər ki, Vladimir Putin Rusiya ordusunun son uğurlarını, xüsusən də Avdeyevka şəhərinin ələ keçirilməsini müsbət qiymətləndirir. Eyni zamanda, münaqişənin sülh yolu ilə həlli perspektivləri qeyri-müəyyən olaraq qalır.