Çeçenistanın rəhbəri Ramzan Kadırov hüquq-mühafizə orqanlarının əməkdaşlarına kütləvi iğtişaşlar zamanı necə hərəkət etmələri ilə bağlı məsləhətlər verib.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Təhrikçilər dərhal tutulmalıdır. Amma başqa variant da var. Yaxud havaya üç dəfə xəbərdarlıq atəşi açın və bundan sonra şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun. Onlar bir daha çıxmayacaqlar. Bu mənim əmrimdir”, – o bildirib.
Qeyd edək ki, Rusiya lideri Putin ötən gün keçirdiyi toplantıda regional rəhbərlərə bununla bağlı çağırış etmişdi.