Rusiya Prezidenti Vladimir Putin Özbəkistana səfəri ilə digər Mərkəzi Asiya dövlətlərinə, ilk növbədə, Qazaxıstana öz siyasi mövqeləri barədə qərar vermələri haqda siqnal verdi.
AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
O bildirib ki, bu, prezidentin Çin və Belarusdan sonra Rusiyanın prioritetlərini əks etdirən üçüncü xarici səfəridir.
Mixaylovun sözlərinə görə, Putin seçkilərdən sonra ilk xarici səfərləri ilə Rusiyanın hansı ölkələrlə qarşılıqlı faydalı münasibətləri qoruyub saxlamağa çalışacağını dəqiq müəyyən edib:
“Mərkəzi Asiyada məhz Özbəkistan ən stabil dövlətdir ki, öz milli maraqlarına riayət etməklə yanaşı, Rusiyanın maraqlarını da pozmamağa çalışır”.
Mixaylov hesab edir ki, postsovet məkanındakı bəzi ölkələr, o cümlədən Qazaxıstan üçün Putinin Özbəkistana səfəri onların öz mövqeləri ilə bağlı qərar vermə vaxtının çatdığına işarə idi. Söhbət Qərb ölkələri ilə əməkdaşlıq və ya Rusiya ilə münasibətlərin davam etdirilməsi lehinə seçimdən gedir.