Rusiya Prezidenti Vladimir Putinin “Peterqof İmperator Fabriki” qol saatı xüsusi sifarişlə hazırlanıb.
AzerTimes xəbər verir ki, bunu “Raket” saat zavodunun reklam və marketinq departamentinin rəhbəri Antonina Skurıdina deyib.
“Sifarişçi daşın, qızılın görünüşünü seçir. İkibaşlı qartal şəklində rotora sahibinin istəyi ilə ad və soyadının baş hərfləri, gerb şəkli qoyulur”, – Skurıdina bildirib.