Putinin Bakıya gecə səfəri, Əliyevin qonaqpərvərlik göstərməsi, şübhəsiz ki, yaxınlığı vurğulayan haldır.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan yazıb.
O bildirib ki, liderlərin başqa bir ölkədə gecələməsi siyasi sferada mühüm önəm daşıyır:
“Maraqlıdır, bu ideyanın (gecə səfərinin – red.) müəllifi Rusiya tərəfidir, yoxsa Azərbaycan? Bu, sadəcə, bir mərasim detalı deyil, dövlət başçılarının səfərləri zamanı buna xüsusi əhəmiyyət verilir, çünki özündə siyasi mesajları ehtiva edir.
Yaddaşım məni yanıltmırsa, 2005-ci ilin martında Putin Bakıya səfər etdi, oradan İrəvana gəlməli idi. Mətbuatda belə bir fikir yazılmışdı: İrəvan elə işləyib ki, Putin Azərbaycanda deyil, Ermənistanda gecələsin. Putin İrəvana az qala gecə yarısı gəlmişdi”.
A.Badalyan qeyd edib ki, bu kiçik, lakin əhəmiyyətli detal cari səfərin (Putinin Azərbaycana gəlməsinin – red.) böyük gündəliyinin bir parçasıdır.