Putinin Azərbaycanla bağlı göstərişi: Necə reallaşacaq?

Putinin Azərbaycanla bağlı göstərişi: Necə reallaşacaq?

Rusiya lideri Vladimir Putin martın16-da Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı Dağıstan-Azərbaycan-İran yolunun tikintisini sürətləndirməyi və maliyyə mənbələrini dəqiqləşdirməyi tapşırıb. Layihə indiki şərtlər daxilində necə reallaşacaq?

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Putin “mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, yolun inşasına bütün tərəflər razılıq verib” deməklə əslində bölgədə mövcud olan durumun ürəkaçıcı olmadığını etiraf edib:

“Putin bunu deyərkən hər halda İranla Azərbaycan arasındakı gərgin münasibətləri də nəzərdə tutub. Əlbəttə, Azərbaycan müxtəlif regional layihələrin reallaşmasında maraqlıdır, Şimal-Cənub nəqliyyat dəhlizi də bölgədəki çəkimizi artıra bilər. Ancaq bu layihəni reallaşdırmadan əvvəl İran Azərbaycanla bağlı siyasətini korrektə etməli, təxribatlardan əl çəkməlidir. Şimal-Cənub nəqliyyat dəhlizi Qərbin sərt sanksiyalarından əziyyət çəkən Rusiya və İran üçün əhəmiyyətlidir. Belədirsə, hər iki dövlət Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Ancaq Rusiya bölgədə erməni separatizmini bəsləyir, İran isə həm bunu edir, həm də Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə çalışır. Bu şərtlər altında Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivi dumanlıdır”.

Teqlər: