Putinin aşpazı elitaya savaş elan edib

Putinin aşpazı elitaya savaş elan edib

Rusiyada populyarlıq qazanan və özünü siyasi qüvvə kimi təsdiqləyən “Vaqner”in lideri Yevgeni Priqojin rus oliqarxları və elitasını rahat yaşamaqda və tam səfərbərliyinə mane olmaqda günahlandırıb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Putinin aşpazı deyib ki, elitanın övladları müharibəyə getməyənə qədər ölkədə tam səfərbərlik olmayacaq. O, indi də yerli məmurlara hücum etməyə başlayıb. Xüsusilə, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlova qarşı şəhərdə cinayətkar birliyin təşkilatlanması faktı ilə bağlı cinayət işinin başlanması üçün Rusiya Baş Prokurorluğuna müraciət edib. Priqojin iddia edib ki, Beqlovun cinayətkar şəbəkəsi dövlət büdcəsini talamaq və korrupsioner məmurları zənginləşdirmək niyyətində olub. O, yəqin ki, Beqlovu və digər Sankt-Peterburq siyasətçilərini tənqid edərək reputasiyasını daha da artıracaq. Siyasətçilərə qarşı hücumlarla eyni vaxtda Priqojin Sankt-Peterburqda “Vaqner” Mərkəzinin yaradıldığını elan edib. O vurğulayıb ki, mərkəzin yaradılması barədə Sankt-Peterburq administrasiyasına məlumat verməyib, çünki yerli hakimiyyət orqanları “Vaqner”nin işinə müdaxilə edə bilməzlər”, – məlumatda qeyd olunub.

Teqlər: