Putinin alman dostundan çağırış: İşlər pisləşsə…

Putinin alman dostundan çağırış: İşlər pisləşsə…

Avropalıların üzərinə düşən maliyyə yükünü azaltmaq üçün Şimal Axını-2 layihəsi işə düşməlidir.

AzerTimes xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Herhard Şröder deyib.

Onun sözlərinə görə, boru kəmərinin açılması kəskin yanacaq çatışmazlığı problemini həll etməyin ən asan yolu olacaq:

“Ən sadə həll yolu Şimal Axını-2 qaz kəmərini işə salmaq olardı. Artıq başa çatıb. Əgər işlər həqiqətən pisləşsə, bu kəmər var. Kəmərin hər iki qolu işləyəcəyi təqdirdə, biz alman sənayesini və alman təsərrüfatlarını təmin etməkdə heç bir problem görməyəcəyik”, – Şröder bildirib.

Qeyd edək ki, Herhard Şröderlə Rusiya Prezidenti Vladimir Putin arasında dostluq münasibətləri mövcuddur.

Teqlər: