Putinin adına rayon yaradılacaq

Putinin adına rayon yaradılacaq

Çeçenistanın paytaxtı Qroznıda Rusiya Prezidenti Vladimir Putinin adını daşıyacaq rayon yaradılacaq.

AzerTimes Rusiya mediasına istinadən xəbər verir ki, Şeyx-Mansurovski rayonundan ayrılacaq ərazidə Putinski rayonunun təşkil edilməsi planlaşdırılır.

Bildirilib ki, məsələ ilə bağlı 35 min yerli sakin arasında soru keçirilib və 34,7 mini bu təşəbbüsün lehinə olublar.

Yalnız 200-dən artıq şəxs belə bir təklifə qarşı çıxıb və öz variantlarını təklif edib.

Qərarın qəbulu üçün sorğu materialları Çeçenistan parlamentinə göndərilib.

Qeyd edək ki, Putinin adına rayonun yaradılması ideyasını Çeçenistan lideri Ramzan Kadırov irəli sürüb.

Teqlər: