Rusiya Prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı bəyanatı Almaniya hökumətinin tənqid və ittihamlarına səbəb olub.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Nazirlik Putinin dünənki açıqlamasını Rusiya tərəfdən növbəti nüvə təhdidi adlandırıb:
“Prezident Putinin NATO-nun nüvə qüvvələrinin yerləşdirilməsi ilə bağlı apardığı müqayisə yalnışdır və Rusiyanın açıqladığı addımı əsaslandırmaq üçün istifadə edilə bilməz. Bundan başqa, Belarus beynəlxalq səviyyədə nüvə silahından azad ölkə olmaq öhdəliyini üzərinə götürüb”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Moskva və Minskin START müqaviləsi üzrə öhdəliklərini pozmadan Belarusda taktiki nüvə silahlarını yerləşdirməyə razılaşdıqlarını demişdi.