Putinin 30 il öncəki vizit kartı hərraca çıxarılır – Foto

Putinin 30 il öncəki vizit kartı hərraca çıxarılır – Foto

Rusiya Prezidenti Vladimir Putinin 1990-cı illərdə Leninqrad şəhər Xalq Deputatları Şurasında işlədiyi vaxt çap olunmuş vizit kartı Sankt-Peterburqda hərraca çıxarılacaq.

AzerTimes xəbər verir ki, vizit kartındakı biznes telefon nömrələrini 1990-cı illərdə Putin öz əli ilə yazıb. Kartda o vaxtkı vəzifəsi də göstərilib: Leninqrad şəhər Xalq Deputatları Soveti rəhbərinin beynəlxalq əlaqələr üzrə müşaviri.

Hərrac dekabrın 24-də keçiriləcək.

Teqlər: