Rusiya Liberal Demokrat Partiyasının (LDP) sədri Leonid Slutski yanvarın 1-də Rusiya prezidentliyinə namizəd kimi qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Rusiya Kommunistləri Partiyasının lideri Sergey Malinkoviç də namizədliklə bağlı sənədlərini Rusiya Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Bildirilib ki, Malinkoviçin Rusiya Prezidentliyinə namizədliyinin irəli sürülməsinə dekabrın 28-də partiyanın iclası zamanı qərar verilib.