Putini savaşa o məcbur edib

Putini savaşa o məcbur edib

Vladimir Putinin Ukraynaya genişmiqyaslı müdaxilə ideyasının arxasında duran ən güclü şəxslərdən biri 71 yaşlı milyarder Yuri Kovalçukdur. O, israr edirdi ki, müharibə Rusiyanın gücünü sübut edə bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Uol Strit Jurnal” nəşri mənbələrinə istinadla məlumat yayıb.

“Putin uzun müddətdir ki, Rusiya iqtisadiyyatının ən mühüm sektorlarında biznes qurmaq üçün etibarlı müttəfiqlərinin yaxın çevrəsinə arxalanır. Bununla belə, Kovalçuk digərlərindən Kreml rəhbərinə xüsusi münasibətilə seçilir. O, təkcə biznesmen və Putinin şəxsi bankiri deyil, həm də ən böyük media maqnatlarından biridir. Onun telekanalları, xüsusən də təbliğat kanalı olan “Birinci kanal” Rusiya qoşunlarının Ukraynaya qarşı müharibədəki uğursuzluqları fonunda Kreml arsenalında getdikcə dəyər qazanır. Həmçinin bu kanal Rusiyanın çirkli bomba haqqında yalanlarını yayımladı. Bundan başqa, Kovalçukun köməyi ilə Putin internet üzərində nəzarəti də gücləndirir”, – nəşr bildirib.

“Uol Strit Jurnal” milyarderin ailə dostu və rus kəşfiyyatının keçmiş əməkdaşına istinadla məlumat yayıb ki, Putin və Kovalçuk Ukraynaya qarşı irimiqyaslı müharibənin başlanmasından bəri tez-tez görüşür və telefonla danışırlar:

“Kovalçuk Putini inandırmağa çalışırdı ki, Qərb zəifdir və Rusiyanın öz hərbi qüdrətini nümayiş etdirməsinin və Ukraynanı işğal etməklə öz suverenliyini müdafiə etməyin vaxtıdır”.

2020-ci ilin martında pandemiya vaxtı milyarder Putinlə görüşmək üçün tez-tez testlər verirdi. Kovalçuk ailəsinin dostunun sözlərinə görə, onlar Qərblə münaqişənin yüksəlməsindən, Rusiya tarixi və ümumi maraqlardan danışırdılar.

Teqlər: