Putini həbslə hədələyən Nikoldur – Kiviryan

Putini həbslə hədələyən Nikoldur – Kiviryan

Ermənistan hakimiyyəti Rusiya məsələsində odla oynayır, bununla bağlı Moskva növbəti dəfə İrəvana xəbərdarlıq edərək, Ermənistanın süd məhsullarının idxalında problemlərin olduğunu bəyan edib.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti qırmızı xəttin astanasında oynayır, lakin hələ onu keçməyib:

“Onlar Roma Statutunu ratifikasiya etsələr, bu qırımızı xətti keçəcəklər. İrəvan bir vaxtlar Ermənistanı Qərb qanadını tərk edərək onlara qoşulmağa çağıran bolşeviklərə qulaq asmayan Birinci Respublikanın taleyini təkrarlamaq riskini daşıyır. Eynilə, Rusiya indi müxtəlif kanallarla Ermənistana xəbərdarlıq edir. Bu, xüsusilə son bir ildə, o cümlədən KTMT, Qarabağ, Roma Statutu məsələsində tez-tez baş verir”.

Poıitoloq qeyd edib ki, Putinin Ermənistana gələn kimi saxlanılacağı barədə bəyanatı erməni xalqının və dövlətinin təhlükəsizliyi ilə oynayan Paşinyanın göstərişi ilə onun partiyasından olan deputat Qagik Melkonyan verib.

Teqlər: