Rusiya Prezidenti Vladimir Putinin həbsi Rusiyaya müharibə elan etməyə bərabər olar.
AzerTimes xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa deyib.
“Rusiya ilə müharibə aparmaq imkanımız yoxdur və bunu etmək istəmirik”, – prezident vurğulayıb.
Qeyd edək ki, avqustda CAR-da keçiriləcək BRİCS sammitində Rusiya Prezidenti Vladimir Putinin iştirakı gözlənilir.
Beynəlxalq Cinayət Məhkəməsi martın 17-də Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.