Putini həbs etməyəcəyik – Qulyaş

Putini həbs etməyəcəyik – Qulyaş

Rusiya Prezidenti Vladimir Putini Macarıstan ərazisində həbs etməyəcəyik.

AzerTimes xəbər verir ki, bunu Macarıstanın Nazirlər Kabineti aparatının rəhbəri Gergel Qulyaş bildirib.

O qeyd edib ki, beynəlxalq order Budapeşt üçün məcburi deyil.

Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Teqlər: