Putini əvəz edəcək və savaşı dayandıracaq lider…

Putini əvəz edəcək və savaşı dayandıracaq lider…

Bu gün Rusiya Federasiyasında Prezident Vladimir Putini əvəzləyə biləcək və ukraynalılara özlərini dərhal təhlükəsiz hiss etdirəcək bir namizəd yoxdur.

AzerTimes xəbər verir ki, bunu Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons deyib.

Səfirin sözlərinə görə, Rusiyada siyasi rejimin dəyişməsi və xalqın demokratikləşməsi üçün müəyyən vaxt lazımdır:

“Rusiya vətəndaşlarının nə qərar verəcəklərindən asılı olmayaraq, onlara vaxt lazımdır. Ona görə də hesab edirəm ki, biz hamımız – ukraynalılar, eləcə də Avropa və digər ölkələr uzunmüddətli perspektivə baxdığımızı qəbul etməliyik. Və biz hamımız öz siyasətimizi buna uyğun şəkildə dəyişməliyik”.

Teqlər: