Rusiya prezidenti Vladimir Putinin jurnalist Taker Karlsona müsahibəsi ABŞ hakimiyyətinə deyil, Qərbin geniş auditoriyasına ünvanlanıb.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bizim üçün əsas odur ki, prezidentimizin səsi eşidilsin. Əgər o, eşidilsə, bu o deməkdir ki, daha çox insan onun haqlı olub-olmadığını düşünəcək. Ən azı düşünəcəklər”, – Putinin mətbuat katibi qeyd edib.