Putini Dağıstana gətirən səbəb “inqilab”dır?

Putini Dağıstana gətirən səbəb “inqilab”dır?

Vladimir Putin qəfildən Dağıstana gəlib. O, ətrafdakı camaatı mehribanlıqla qarşılayıb, hətta fotolar üçün insanlarla görüşüb. Lakin bu şounun arxasında onun həll etməli olduğu real problemlər dayanır.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun fikrincə, Putinin Dağıstanla bağlı da problemləri var:

“Məsələ burasındadır ki, Dağıstanda ötən ilin sentyabrında Putinin elan etdiyi səfərbərliyə qarşı kütləvi etirazlar başlayıb. İnsanlar küçələrə çıxdı və yerli hakimiyyət orqanları bununla bağlı heç nə edə bilmədilər. Etirazların qarşıdurmaya çevrilməməsi üçün Kreml ora Milli Qvardiyanın əlavə hissələrini göndərməli oldu. Yeri gəlmişkən, kadırovçular da Dağıstana gəlmişdilər. Etirazçılar öz məqsədlərinə çatdılar. Dağıstanda kütləvi səfərbərlik kəskin şəkildə azaldı. Priqojinin üsyanı Dağıstan müxalifət qüvvələrinin “Rusiyasız Dağıstan” çağırışlarına təkan olub. Yəni, fürsətdən istifadə edib Rusiya adlanan qurumdan ayrılmaq istəyirdilər. Düşünürəm ki, Putin xalq arasında öz reytinqini yüksəltməyə və bərpa etməyə çalışır”.

Teqlər: