Putin həbs olunmaqdan qorxmadan Rio-de-Janeyroda keçiriləcək G20 sammitinə sərbəst gələ bilər.
AzerTimes xəbər verir ki, bunu Braziliya Prezidenti İnasio Lula da Silva deyib.
Silva Rusiya prezidentinin Braziliya lideri kimi asan səfərini təmin edəcəyini bildirib:
“Mənim prezidentliyim dövründə Putini heç nəyə görə həbs etməyəcəklər”.
Qeyd edək ki, 17 mart 2023-cü ildə Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.