Rusiya Prezidenti Vladimir Putində postkorona ensefalopatiyası olduğunu düşünürəm.
AzerTimes xəbər verir ki, bu barədə ukraynalı həkim Yevgeni Komarovski deyib.
O bildirib ki, bu diaqnozla perspektivi təsəvvür etmək olar:
“Onun erkən ölümünə ümid etmək olarmı? Təəssüf ki, yox. Ümid etməyin”, – o bildirib.
Komarovskinin sözlərinə görə, Putin ciddi xəstədir, ancaq bu xəstəlik onu “sabah” qəbrə aparmayacaq:
“Putinin psixi funksiyalarını ciddi şəkildə pozan xəstəliyi var. Hesab edirəm ki, onda postkoronavirus ensefalopatiyasıdır”.