Vladimir Putinə yaxın olan rusiyalı iş adamı Oleq Deripaska Ukraynada atəşkəs lehinə danışıb, müharibəni dəlilik adlandırıb və Rusiyanın hərbi xərclərini tənqid edib.
AzerTimes xəbər verir ki, o, bu barədə “Nikkei Asia”ya müsahibəsində deyib.
O, dərhal və qeyd-şərtsiz atəşkəsin vacibliyini vurğulayıb. Rusiya Prezidenti ilə indiki münasibətinin necə olduğu sualına isə “heç bir dəyişiklik yoxdur” deyə cavab verib:
“Onlar (Kreml) mənə toxunmur, biz (iş adamları) siyasətə qarışmırıq”.