Rusiya Prezidenti Vladimir Putinə noyabrın 15-dək Ukraynaya qarşı başladılmış müharibəni başa çatdırması üçün şərti vaxt verilib. Həmin gün Balidə G-20 sammiti keçiriləcək.
AzerTimes xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Onun sözlərinə görə, bu məsələ sentyabrın ortalarında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində baş verib:
“Hindistan və Çin liderləri Putinə müharibəni səhv vaxtda və yanlış yerdə başladığını bildiriblər və mümkün qədər tez bitirməyi tövsiyə ediblər. O özü bunu istədiyini bildirib.
Mümkündür ki, 15 noyabrda Putin müharibəni dayandırıb, Ukrayna ilə danışıqlara başlamaq istəsin. O, danışıqlara başlamağı özünün qələbəsi də hesab edə bilər”.