Rusiya Mərkəzi Seçki Komissiyasına Rusiya prezidenti vəzifəsinə namizədlərin irəli sürülməsi ilə bağlı 33 müraciət daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib.
Onun sözlərinə görə, 9 şəxsin namizədliyini siyasi partiyalar, 24 şəxs isə özü öz namizədliyini irəli sürüb.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.