Rusiya-Suriya diplomatik münasibətlərinin qurulmasının 80 illiyi münasibətilə Rusiya prezidenti Vladimir Putinə Dəməşq qılıncı hədiyyə edilib.
AzerTimes Teleqraf.com-a istinadən xəbər verir ki, hədiyyəni Putinə Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri təqdim edib. Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya xarici işlər naziri Sergey Lavrov da hədiyyələr alıblar .
Putin Suriya Ərəb Respublikasının rəhbəri Bəşər Əsədi ikitərəfli diplomatik münasibətlərin qurulmasının 80 illiyi münasibətilə təbrik edib və onların sülhə uyğun inkişaf etdiyini qeyd edib