ABŞ və Kanada Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etmək siyasətini davam etdirməyə hazırdır.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Kanada Baş naziri Castin Trüdo ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.
“Biz tarixi sanksiyalarımızla Putinə qarşı təzyiqi davam etdirəcəyik”, – Bayden bildirib.
Eyni zamanda, Bayden ABŞ və Kanadanın Ukraynaya ehtiyac duyduğu hərbi təlim, avadanlıq və humanitar yardımı davam etdirəcəklərini qeyd edib.