Putinə qarşı plan hazırlamışıq… – Breton

Putinə qarşı plan hazırlamışıq… – Breton

Avropa İttifaqı mümkün qədər tez Rusiya qazının idxalını dayandırmalıdır. Aİ ABŞ və Qətərdən mayeləşdirilmiş təbii qazın alışını artırmaq, həmçinin yaşıl enerjinin imkanlarını artırmaq niyyətindədir.

AzerTimes xəbər verir ki, bunu Avropa İttifaqının daxili bazar üzrə komissarı Tyerri Breton deyib.

“Biz tezliklə Rusiya qazından xilas olmalıyıq, çünki Vladimir Putin Avropa layihəsini bəyənmir. Putin Avropanı bölmək üçün hər şeyi etdi. O, “Sputnik” peyvəndinin köməyilə bizi bölməyə çalışdı, amma alınmadı. Demokratiyamıza mane olmaq üçün “Raşn Tudey”dən istifadə etdi, indi də qazdan istifadə edir. Komandamla birgə buna reaksiya vermək üçün plan hazırlamışıq”, – Breton bildirib.

Teqlər: