Putinə müharibə üçün stimul veririk – Volker

Putinə müharibə üçün stimul veririk – Volker

Ukraynanın NATO-ya sürətlə daxil olması Rusiya Prezidenti Vladimir Putini müharibədəki hədəfini itirdiyinə inandıracaq.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker deyib.

“Əminəm ki, NATO siyasəti bu gün istəmədən Putinə hərbi əməliyyatları davam etdirmək üçün siqnal göndərir. Çünki biz deyirik ki, Ukrayna uzunmüddətli perspektivdə üzv olacaq, amma bu müharibə davam edərkən onu NATO-ya daxil edə bilmərik. Bu da Putinə müharibəni davam etdirməklə bağlı stimuldur. Düşünürəm ki, Ukraynanın mümkün qədər tez NATO üzvü olacağına dair mesaj göndərməyin vaxtı çatıb. O zaman Putin üçün bu müharibənin davam etdirilməsi mənasız, Rusiya üçün isə dağıdıcı olacaq”, – Volker bildirib.

Teqlər: