Putinə məruzə edildi: Rusiya bu layihədən çıxır

Putinə məruzə edildi: Rusiya bu layihədən çıxır

“Roskosmos” Beynəlxalq Kosmik Stansiya (BKS) layihəsindən 2024-cü ildən sonra çıxmaqla bağlı qərar qəbul edib.

AzerTimes xəbər verir ki, bunu “Roskosmos”un rəhbəri Yuri Borisov Rusiya Prezidenti Vladimir Putinə məruzəsində deyib.

“Bilirsiniz ki, biz BKS-lə beynəlxalq əməkdaşlıq çərçivəsində işləyirik. Təbii ki, tərəfdaşlarımız qarşısında bütün öhdəliklərimizi yerinə yetirəcəyik, lakin 2024-cü ildən sonra bu stansiyanı tərk etmək qərarı verilib”, – Borisov bildirib.

Onun sözlərinə görə, o vaxta qədər “Roskosmos” Rusiya orbital stansiyasını formalaşdırmağa başlayacaq.

Teqlər: