Putinə həbs qərarı çıxaran hakim sədr seçildi

Putinə həbs qərarı çıxaran hakim sədr seçildi

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimləri Putinin həbsinə qərar verən Tomoko Akaneni məhkəmənin prezidenti seçiblər.

AzerTimes xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.

Hakim Rosario Salvatore Aitala birinci vitse-prezident, hakim Reyn Alapini-Qansu isə ikinci vitse-prezident olub.

Rəyasət Heyətinin üzvləri üç il müddətinə seçilir və dərhal səlahiyyətlərinə başlayırlar.

O, ədliyyə orqanları, müdafiə nümayəndələri və zərərçəkmişlər arasında dialoqun təşviqinə, eləcə də iştirakçı və hələ Roma Statutunu ratifikasiya etməmiş dövlətlərlə dialoqun gücləndirilməsinə diqqət yetirəcəyini vəd edib.

Qeyd edək ki, Tomoko Akane 17 mart 2023-cü ildə Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verən hakimlərdən biridir.

Teqlər: