Rusiya Prezidenti Vladimir Putin növbəti iki ildə dünya çempionatlarında və olimpiadalar zamanı arenalarda iştirak edə bilməyəcək.
Bu qərarı İdman Arbitraj Məhkəməsi verib.
Qərar isə Dünya Antidopinq Agentliyi ilə Rusiya Antidopinq Agentliyi arasındakı mübahisəli qərara baxıldıqdan sonra alınıb. Bu qadağa Rusiyanın bütün yüksək vəzifəli şəxslərinə şamil edilib.
Yalnız ev sahibi ölkənin səlahiyyətli şəxsi dəvət edəcəyi halda iştirakı qadağan olunmuş şəxslər turnirlərə qatıla bilər. Həmçinin beynəlxalq idman qurumlarının üzvü olanlar üçün güzəştlər nəzərdə tutulur.