Putinə Bakı ziyafətində verilən yeməklər – Menyu

Putinə Bakı ziyafətində verilən yeməklər – Menyu

Rusiya Prezidenti Vladimir Putinin şərəfinə Azərbaycan Prezidenti İlham Əliyevin adından dövlət ziyafətində badımcan ləvəngisi, qutab, kartof ilə qızardılmış çay foreli və təndirdə ləpəngi təqdim edilib.

AzerTimes xəbər verir ki, bu barədə TASS yazıb.

Bildirilib ki, menyuda həmçinin qara kürü, qızardılmış badımcan salatı, ayranaşı şorbası, qızardılmış düşbərə, üzüm yarpağı və püstə yarpaqlarından hazırlanmış dolma, şirniyyatlar olub.

Teqlər: