Rusiyanın hazırda Xarkovu tutmaq planı yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.
“Rusiya Silahlı Qüvvələrinin Xarkov istiqamətində əməliyyatı Rusiya regionlarının atəşə tutulmasına cavabdır. Bu, “sanitariya zonası”nın yaradılması zərurəti ilə bağlıdır”, – o bildirib.
Qeyd edək ki, hazırda Rusiya ordusu Xarkova doğru sürətlə irəliləyir.